Baş nazirin müavini: “Aİ ilə əməkdaşlıq sazişinin tezliklə imzalanacağına ümid edirəm”

Baş nazirin müavini: “Aİ ilə əməkdaşlıq sazişinin tezliklə imzalanacağına ümid edirəm” Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq sazişi üzrə işlər aparılmaqdadır.
Xarici siyasət
122
22 Yanvar , 2020 10:38
Baş nazirin müavini: “Aİ ilə əməkdaşlıq sazişinin tezliklə imzalanacağına ümid edirəm”
Əli Əhmədov / Report / Elchin Murad

"Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq sazişi üzrə işlər aparılmaqdadır".

“Report” xəbər verir ki, bunu Baş Nazirin müavini Əli Əhmədov Aİ-nın maliyyələşdirdiyi “Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə dəstək” layihəsi ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, həmin işlərin yaxın zamanda yekunlaşacağına ümid edir: "Azərbaycan Aİ ilə əmıkdaşlıqda maraqlıdır və daim bu prinsiplərə sadiq qalıb. Ümid edirəm ki, tezliklə bu işlər yekunlaşacaq və saziş imzalanacaq".

Hökumət rəsmisi həmçinin sözügedən layihənin uğurla icra edildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi