Boris Conson Azərbaycanı Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasına qoşulmağa çağırıb

Boris Conson Azərbaycanı Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasına qoşulmağa çağırıb “Ölkənizin 2020-ci ildə geri qaytardığa Qərb əyalətlərinin inkişafı haqlı olaraq xalqınız üçün əsas məqsəddir. Bu əyalətlərin mədəni mübadilə, yaşıl texnologiya və innovasiya mərkəzləri kimi inkişaf etməsi üçün imkanlar var”.
Xarici siyasət
16 İyun , 2022 13:55
Boris Conson Azərbaycanı Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasına qoşulmağa çağırıb

“Ölkənizin 2020-ci ildə geri qaytardığa Qərb əyalətlərinin inkişafı haqlı olaraq xalqınız üçün əsas məqsəddir. Bu əyalətlərin mədəni mübadilə, yaşıl texnologiya və innovasiya mərkəzləri kimi inkişaf etməsi üçün imkanlar var”.

“Report” xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Boris Consonun IX Qlobal Bakı Forumunun işə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda əksini tapıb.

“Lakin münaqişədən sonra belə, bu, istiqamətdə maneələr hələ də qalır. Minalar və digər döyüş sursatları bu əyalətləri yararsız hala salıb. Mən çox şadam ki, Britaniyanın minatəmizləmə üzrə ekspertləri və şirkətləri bu təhlükəni aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ilə birgə çalışırlar. Azərbaycanın yeni minaların qoyulmaması öhdəliyini götürməsi və Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasını imzalaması barışıq və sakinlərin həmin torpaqlara uğurla köçürülməsi istiqamətində böyük addım olardı və həmçinin regional liderliyini göstərərdi”, - hökumət başçısı vurğulayıb.

“Mən bilirəm ki. Azərbaycan pandemiyadan sonra biznes üçün qapılarını yenidən uğurla açdı, "AVRO-2020" futbol turniri və "Formula 1" yarışına uğurla ev sahibliyi etdi. Sizin silahlı qüvvələriniz Kabildə NATO ilə birgə fəaliyyət göstərərək cəsarət və bacarıqlarını nümayiş etdirdilər və hava limanının mühafizəsi üçün son ana qədər koalisiya qüvvələrinə dəstək oldular”,- hökumət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi