Baku TV: "Hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər"

Baku TV: "Hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər" “Baku TV”nin erməni dilində hazırladığı süjetdə otuz ildən çoxdur Azərbaycan və erməni xalqlarının başqalarının geosiyasi oyunlarının və manipulyasiyalarının girovu olduğu vurğulanır.
Xarici siyasət
19 Sentyabr , 2023 16:12
Baku TV: Hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər

Otuz ildən çoxdur Azərbaycan və erməni xalqları başqalarının geosiyasi oyunlarının və manipulyasiyalarının girovuna çevrilib.

“Report” xəbər verir ki, bu barədə “Baku TV”nin erməni dilində hazırladığı süjetdə bildirilib.

Qeyd olunub ki, müharibənin ağır travmalarına baxmayaraq, hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər. Bakının tam mərkəzində erməni kilsəsinin olduğu, ağır müharibələrə baxmayaraq, etnik ermənilərin Azərbaycanda yaşadıqları bildirilib. Xüsusi vurğulanıb ki, "bizim Qarabağı birlikdə yenidən qurmaq, onu firavan, iqtisadi cəhətdən inkişaf etmiş rayona çevirmək, ən əsası övladlarımızın, nəvələrimizin xoşbəxt gələcəyini təmin etmək üçün tarixi şansımız var”.

Eyni zamanda Qarabağda həyatın, infrastrukturun bərpasından da bəhs edilib. Separatçıların müxtəlif bəhanələrlə Laçın və Ağdam yolunun Qarabağ ermənilərinin üzünə açılmasına imkan verilməməsi və bununla da sadə insanların vəziyyətinin pisləşməsinə səbəb olan vəziyyətin yaranmasında da məhz bu insanların günahkar olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi