Bakıda "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" mövzusunda beynəlxalq konfrans keçiriləcək Rumıniya səfirliyi NATO-nun xüsusi nümayəndəsinin iştirakı ilə tədbir keçirib
Xarici siyasət
111
17 Fevral , 2016 10:23
Bakıda Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Rumıniya səfirliyi NATO-nun Azərbaycandakı koordinatoru mandatı çərçivəsində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturayla görüş keçirib.

"Report" xəbər verir ki, tədbirdə səfirlər, NATO-ya üzv ölkələrin Bakıdakı hərbi attaşeləri iştirak edib.

Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu NATO ilə Azərbaycan arasındakı münasibətlərin inkişafının strateji əhəmiyyətini vurğulayıb. D.Çobanu bildirib ki, martın 7-də Rumıniya səfirliyi Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə Bakıda "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" mövzusunda beynəlxalq konfrans təşkil edəcək.

C.Appaturay NATO ilə Azərbaycan arasındakı əlaqələr haqqında ətraflı təqdimat mərasimi həyata keçirilib. O, Şimali Atlantika Alyansı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq olduğunu vurğulayıb.

Görüş zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi