Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində nazirlərin görüşü başa çatıb.
“Report” xəbər verir ki, ümumilikdə konfrans öz işini iyunun 29-dək davam etdirəcək.
Konfransda 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli məmur, 540-dan çox xarici nümayəndə iştirak edir.
Konfransın sonunda UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Həyat üçün uyğun” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki hərəkətsizliyin azaldılması siyasətinin hazırlanmasıdır.
Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində nazirlərin görüşü başlayıb.
“Report” xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış edəcək.
Xatırladaq ki, konfransda və onunla əlaqədar tədbirlərdə ümumilikdə 124 ölkə və beynəlxalq təşkilatdan 50-dən çox nazir və yüksək vəzifəli məmur, 540-dan çox nümayəndə iştirak edir.
Foto: Cavid Osmanov