İşğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə Bakıda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB

İşğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə Bakıda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu tapşırığa uyğun olaraq, “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilib.
Xarici siyasət
5 Mart , 2019 11:21
İşğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə Bakıda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu tapşırığa uyğun olaraq, “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirin əsas məqsədi Ermənistanın hərbi işğalı nəticəsində nəzarət olunmayan Azərbaycannın beynəlxalq səviyyədə tanınan ərazilərində təcavüzkar dövlətin və digər ölkələrin hüquqi və fiziki şəxslərinin qanunsuz hərəkətlərini dünyanın nüfuzlu beynəlxalq hüquqşünasları və ekspertlərinin, o cümlədən ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin də iştirakı ilə müzakirə etmək, bu fəaliyyətin hüquqi aspektləri və nəticələrini müəyyən etmək olub.

Konfrans xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və UNESCO nümayəndəsinin çıxışları ilə başlayıb. 

Sonra isə konfrans “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq hüquqi çərçivə”, “Beynəlxalq hüquqda üçüncü tərəflərin öhdəlikləri və məsuliyyəti”, İşğal olunmuş ərazilərdə aparılan qanunsuz iqtisadi fəaliyyətə beynəlxalq cavab” adlı panellər üzrə davam edib.

Tədbirdə Azərbaycanda və dünyanın digər münaqişəli bölgələrində qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan dövlətlərin, hüquqi və fiziki şəxslərin öhdəlikləri və məsuliyyəti, beynəlxalq ictimaiyyətin cavabdehliyi və bu cür qanunsuz hərəkətlərə reaksiyası, beynəlxalq hüququn tətbiqi kimi məsələlərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılmış və bu istiqamətində fəaliyyətin gücləndirilməsi üçün tövsiyələr təqdim olunub.

Konfrans beynəlxalq hüquqşünaslar və ekspertlərin perspektivini nəzərə alaraq Azərbaycanın işğal olunmuş torpaqlarında qeyri-qanuni fəaliyyətləri həyata keçirən Ermənistan və digər üçüncü tərəflərin qanunsuz əməllərinin hüquqi müstəvidə qarşısını almaq üçün geniş imkanlar yaratmışdır. Bu mövzuda beynəlxalq səviyyədə digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub.

Tədbirdə bir sıra dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki diplomatik missiyaları, xarici və yerli elmi-akademik dairələrinin nümayəndələri də iştirak ediblər.

***10:18

Bakı. 5 mart. REPORT.AZ/ Bakıda "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

"Report" xəbər verir ki, konfrans zamanı iştirakçılar işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin qarşısının alınması, üçüncü tərəflərin məsuliyyəti və onların münaqişənin həllinə təsirləri mövzusunda müzakirələr aparacaqlar.

Konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rosler, eləcə də bir sıra xarici ekspertlər iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi