Azərbaycan və Belçika xarici işlər nazirlərinin görüşü başa çatıb -YENİLƏNİB
- 24 avqust, 2023
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadija Lahbib arasında görüş başa çatıb.
“Report” xəbər verir ki, XİN başçıları əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
Hazırda C.Bayramov və H.Lahbib birgə mətbuat konfransı keçirirlər.
16:20
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadija Lahbib arasında görüş başlayıb.
“Report” xəbər verir ki, nazirlər əvvəlcə təkbətək müzakirə aparıblar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
Nazirlər regional məsələləri, eləcə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edirlər.