Bakı və Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlığa dair memorandum imzalanıb

Bakı və Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlığa dair memorandum imzalanıb Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Sıçuan əyaləti rəhbərliyinin dəvəti ilə burada işgüzar səfərdə olub.
Xarici siyasət
3 İyul , 2023 10:22
Bakı və Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlığa dair memorandum imzalanıb

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Sıçuan əyaləti rəhbərliyinin dəvəti ilə burada işgüzar səfərdə olub.

Bu barədə “Report”a İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyanın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri ilə görüşü keçirilib.

Görüşdə qubernator Xuan Tsyan deyib ki, Azərbaycan-Çin münasibətlərinin bu cür yüksək səviyyədə olması və inkişaf etməsi Azərbaycanın Prezidenti İlham Əliyevin və Çinin rəhbəri Si Tsinpinin böyük səylərinin nəticəsidir. Azərbaycan Prezidentinin həyata keçirdiyi effektiv siyasət və uğurlu islahatlar sayəsində Azərbaycan və paytaxt Bakı şəhəri yüksək inkişaf tempi nümayiş etdirir və dünyada özünəməxsus yer tutur.

Qubernator Azərbaycandakı inkişaf və stabilliyi vurğulayaraq Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xüsusi qeyd edib. Danışıqlar zamanı qubernator Xuan Tsyan tərəfindən Çin vətəndaşlarının Bakı şəhərinə və Azərbaycana olan marağını nəzərə alaraq Çendu–Bakı təyyarə marşrutunun açılması təklifi irəli sürülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sıçuan əyalətinin inkişaf sahəsində əldə etdiyi uğurları qeyd edərək bildirib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Bakı şəhəri yeni görkəm alıb və sürətlə inkişaf edir.

Görüşdən sonra “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri ilə Çin Xalq Respublikası Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması barədə anlaşma Memorandumu” imzalanıb.

Daha sonra Bakı şəhərinin nümayəndələri Çinin paytaxtı Pekinə gələrək Pekin şəhər meriyasında merin müavini xanım Sma Xunla görüşüblər. Merin müavini xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycanda sabitlik hökm sürür, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkələrdən biridir.

“Bu gün Azərbaycan və paytaxt Bakı şəhəri böyük inkişaf nümayiş etdirir, ona görə də çinli sahibkarların Azərbaycana böyük marağı var. Görüş zamanı paytaxt şəhərləri arasında əməkdaşlığa dair planlar müzakirə edilib. Səfərin nəticəsinə əsasən Pekin meriyasının nümayəndə heyətinin Bakıya rəsmi səfərə gələrək iki paytaxt arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılaşma əldə edilib”, - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi