Azərbaycan ilə Peru arasında XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması məsələləri müzakirə olunub

Azərbaycan ilə Peru arasında XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması məsələləri müzakirə olunub Perunun müvəqqəti işlər vəkili fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib
Xarici siyasət
28 İyul , 2017 14:53
Azərbaycan ilə Peru arasında XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması məsələləri müzakirə olunub

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Perunun ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, nazir Luis Çanq Boldrinini müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib, Perunun Azərbaycanda səfirliyinin açılması və Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.

Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı səfərlərin təşkili, XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması və əməkdaşlığın müxtəlif sahələri üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb. İki ölkə arasında kənd-təssürrüfatı, enerji, qarşılıqlı sərmayələrin qoyulması, turizm və mədəniyyət və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub.

Son xəbərlər

Orphus sistemi