“İranla Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılığa gəldik. Bu ən azı 6 aydan bir olacaq”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.
“Azərbaycan və İran XİN-ləri arasında kommunikasiya sahəsində İşçi qrupun yaradılması razılığı əldə olunub. İşçi Qrupa Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə İran XİN sözçüsü rəhbərlik edəcək”, - C.Bayramov bildirib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfərinə toxunan C.Bayramov deyib: “Səfər zamanı Qız Qalası-Xudafərin hidroqovşaqların istifadəyə verilməsi, Ordubad Su Elektrik stansiyasının, Astara çayı üzərindən avtomobil və piyada körpüsünün tikilməsinin başa çatdırılması və digər məsələlər müzakirə edilib”.