Azərbaycanın XİN başçısı Münhendə enerji təhlükəsizliyi mövzusunda keçirilən müzakirələrdə iştirak edib

Azərbaycanın XİN başçısı Münhendə enerji təhlükəsizliyi mövzusunda keçirilən müzakirələrdə iştirak edib Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
Xarici siyasət
16 Fevral , 2018 16:35
Azərbaycanın XİN başçısı Münhendə enerji təhlükəsizliyi mövzusunda keçirilən müzakirələrdə iştirak edib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilən "dəyirmi masa"da iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "dəyirmi masa"da enerji təhlükəsizliyi sahəsində aktual məsələlər üzrə müzakirələr aparılıb.

E.Məmmədyarov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edərək Cənub Qaz Dəhlizi və bu xüsusda, TANAP və TAP layihələrinin strateji əhəmiyyətindən söz açıb. O, TANAP layihəsinin bu il fəaliyyətə başlayacağı, TAP layihəsi üzrə işlərin isə qrafika uyğun olaraq, uğurla davam etdiyini qeyd edib. Habelə nazir Bakıda fevralın 15-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən IV nazirlər iclası və orada alınan qərarlar barədə tədbir iştirakçılarına məlumat verib. 

Son xəbərlər

Orphus sistemi