Azərbaycanın XİN başçısı Keniyanın idman, mədəniyyət və incəsənət naziri ilə görüşüb

Azərbaycanın XİN başçısı Keniyanın idman, mədəniyyət və incəsənət naziri ilə görüşüb Tərəflər enerji, turizm, idman, kənd-təsərrüfat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar
Xarici siyasət
5 May , 2017 16:21
Azərbaycanın XİN başçısı Keniyanın idman, mədəniyyət və incəsənət naziri ilə görüşüb
XİN

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Keniyanın idman, mədəniyyət və incəsənət naziri Həsən Vario Arero ilə görüşüb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, Azərbaycan və Keniya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib.

Həsən Vario Arero paytaxt Bakının gözəlliyi və Azərbaycanın inkişafına valeh olduğunu deyib. 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğunu və müasir dünya üçün aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadığını bildirib.

Elmar Məmmədyarov həmsöhbətinə Azərbaycanın iqtisadi inkişafı, gənclər və idman siyasəti haqqında məlumat verib.

Tərəflər enerji, turizm, idman, kənd-təsərrüfat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi