Azərbaycanın XİN başçısı Dağlıq Qarabağ münaqişəsini ABŞ rəsmisi ilə müzakirə edib

Azərbaycanın XİN başçısı Dağlıq Qarabağ münaqişəsini ABŞ rəsmisi ilə müzakirə edib Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olunub
Xarici siyasət
31 Oktyabr , 2016 17:51
Azərbaycanın XİN başçısı Dağlıq Qarabağ münaqişəsini ABŞ rəsmisi ilə müzakirə edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə naziri müavininin köməkçisi Maykl Karpenteri qəbul edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Maykl Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, Ermənistanın münaqişənin həllinə mane olduğunu, destruktiv siyasət yürüdərək müxtəlif təxribatlara əl atdığını vurğulayıb. 

Səmimi şəraitdə keçən görüşdə həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi