​Azərbaycanın xarici işlər nazirinin müavini Almaniyada səfərdə olub

​Azərbaycanın xarici işlər nazirinin müavini Almaniyada səfərdə olub Azərbaycanla AFR arasında siyasi və təhlükəsizlik sahələrində ikitərəfli məsləhətləşmələr həyata keçirilib
Xarici siyasət
24 Fevral , 2016 20:03
​Azərbaycanın xarici işlər nazirinin müavini Almaniyada səfərdə olub

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov cari il fevralın 22-24-də siyasi və təhlükəsizlik sahələrində ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Almaniya Federativ Respublikasına işgüzar səfərdə olub.

Azərbaycanın AFR-dəki səfirliyindən "Report"a verilən məlumata görə, A.Əzimov səfər zamanı AFR Xarici İşlər Nazirliyi və Federal Kansler Aparatında həmkarları ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizin 2016-cı ildə ATƏT sədrliyini həyata keçirən Almaniyadan olan gözləntiləri, o cümlədənATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılmasınınvə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişə nail olunmasının vacibliyi, habelə mövcud status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Alman tərəfi Azərbaycan tərəfinin istək və təkliflərinin nəzərdən keçiriləcəyini bildirib və onların mövcud imkanlar çərçivəsində sədrlik dövründə nəzərə alınacağına söz verib.

Nazir müavini eləcə də Almaniya Bundestaqında bir sıra görüşlər keçirib və Münhen Təhlükəsizlik Təşkilatının sədri Volfqanq İşinqer ilə görüşərəkölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər regional və beynəlxalq məsələlər barədə müzakirələr aparıb.

Araz Əzimov həmçinin Almaniyanın məşhur “beyin mərkəzləri”ndən olan Elm və Siyasət Fondu və Xarici Siyasət üzrə Alman Cəmiyyətində sözügedən təşkilatların rəhbərliyi və Cənubi Qafqaz regionu üzrə ixtisaslaşmış tanınmış mütəxəssislərlə görüşlər keçirib. Görüşlərdə əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinın hazırkı vəziyyəti, həll istiqamətində aparılan danışıqlar, sözügedən münaqişənin həlli yolları ilə bağlı Azərbaycan tərəfinin mövqe və təklifləri, habelə Ukrayna, Gürcüstan və Suriya münaqişələri daxil olmaqla bir sıra digər regional təhlükəsizlik məsələləri ətraflı şəkildə müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi