Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək

Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək Konsulluq bölməsi texniki səbəblərə görə bağlı olacaq
Xarici siyasət
12 Sentyabr , 2017 16:27
Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək
Saskakepa.waw.pl

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək.

Səfirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, diplomatik nümayəndəlik sentyabrın 12-dən 25-dək viza müraciətlərini qəbul etməyəcək.

Səfirliyin konsulluq bölməsinin müvəqqəti bağlanmasının dəqiq səbəbi açıqlanmayıb. Diplomatik nümayəndəlikdən bildirilib ki, bu, texniki məsələlərlə bağlıdır. 

Məlumata görə, viza müraciətlərinin qəbulu sentyabrın 26-dan bərpa ediləcək. 

Son xəbərlər

Orphus sistemi