Azərbaycanın Niderlanddakı səfiri BƏM hakimlərinin andiçmə mərasimində iştirak edib
- 06 fevral, 2024
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) 4 yeni hakiminin bugünkü andiçmə mərasimində iştirak edib.
"Report" xəbər verir ki, bu barədə səfir "X"də yazıb.
"Beynəlxalq Ədalət Məhkəməsinin 4 yeni hakiminin bugünkü andiçmə mərasimində iştirak etməkdən şərəf duydum. Meksikadan Qomez Robledo, ABŞ-dən Sara Klivlend, Rumıniyadan Bogdan Aurescu və Cənubi Afrikadan Dire Tladinin andiçməsi oldu. Təbriklər! Bu çətin dövrlərdə məhkəmənin rolu heç vaxt bu qədər vacib olmayıb", - o qeyd edib.
Was honoured to be present at today’s swearing-in ceremony of 4 new judges of @CIJ_ICJ: Gómez Robledo #Mexico, Sarah Cleveland #UnitedStates, Aurescu #Romania & Tladi #SouthAfrica. Congratulations! In these challenging times the Court’s role has never been more important pic.twitter.com/nyEuRSktS8
— Rahman Mustafayev (@rahman2609m) February 6, 2024