Yuxarı

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsi BMT-nin 70-ci sessiyasının gündəliyinə daxil edilib

Bu sessiyanın gündəliyinə ümumilikdə 170 bənd daxildir

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinə daxil edilib. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin qətnamə layihələri BMT Baş Assambleyasının 69-cu sessiyası zamanı müzakirə olunmadığından, hazırkı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 35-ci bəndlər altında daxil ediliblər.

Bu sessiyanın gündəliyinə ümumilikdə 170 bənd, o cümlədən, Afrikada sülh, təhlükəsizlik və inkişaf, eləcə də narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər üzrə bəndlər daxildir.

Qeyd edək ki, BMT Baş Assambleyasının 70-ci sessiyasının rəsmi açılışı sentyabrın 15-da Nyu-Yorkda keçirilib.

Baş Assambleya BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi