Yuxarı

Azərbaycanın baş naziri Gürcüstan prezidenti ilə görüşüb

Giorgi Margvelaşvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

Tbilisi. 16 may. REPORT.AZ/ Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasi-zadə Gürcüstan prezidenti Giorgi Margvelaşvili ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, qərb-şərq enerji dəhlizinin fəaliyyəti, eləcə də regionda həyata keçirilən digər enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident Giorgi Margvelaşvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Gürcüstan bu əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıdır".

Artur Rasi-zadə Azərbaycanın Gürcüstanla əlaqələrinin daim yüksək səviyyədə olduğunu, dostluq münasibətlərinin inkişaf etdiyini, bu cür enerji layihlərinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi