Yuxarı

Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında məruzə AŞPA Monitorinq Komitəsində müzakirə olunacaq

Həmin məsələ Monitorinq Komitəsinin mayın 28-də Parisdə keçiriləcək iclasının gündəliyinə daxil edilib

Bakı. 23 may. REPORT.AZ/ AŞPA Monitorinq Komitəsi Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında məruzəni müzakirə edəcək. "Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin məsələ Monitorinq Komitəsinin mayın 28-də Parisdə keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İclasda AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanan məruzə layihəsi müzakirə olunacaq. Həmçinin Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında qətnamə layihəsinin qəbul edilməsi nəzərdə tutulub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi