Azərbaycanda Aİ-nin maliyyələşdirdiyi 3 milyon avroluq layihə həyata keçirilir

Xarici siyasət
  • 04 aprel, 2024
  • 12:13
Azərbaycanda Aİ-nin maliyyələşdirdiyi 3 milyon avroluq layihə həyata keçirilir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) nümayəndələri Davron Muxamadiyev və Serdar Günel ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə o, "X"də yazıb.

Aİ səfiri bildirib ki, görüş çərçivəsində tərəflər “Azərbaycanda icma ehtiyacları və yerli imkanlar ilə vətəndaş cəmiyyəti aktorlarının bacarıqları arasındakı boşluğun qapadılması” layihəsinin həyata keçirilməsini müzakirə ediblər:

"Aİ tərəfindən 3 milyon avro vəsaitin ayrıldığı bu layihə IFRC tərəfindən Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir".