Azərbaycan XİN: “Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır”
Azərbaycan XİN: “Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır”“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik”.
“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik”.
“Report”xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində edilən paylaşımda bildirilib.
“Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”, - XİN-dən qeyd olunub.
Qeyd edək ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar.
Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib.
Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
On the 30th Anniversary of #Bashlibel massacre, which was yet another manifestation of ethnic cleansing & hatred policy of #Armenia against #Azerbaijan|is, we commemorate memory of 21 victims, & reiterate significance of ending impunity to est. sustainable peace in the region. pic.twitter.com/YmabHjOAHR