Azərbaycan XİN-in sözçüsü: "Ermənistan müharibədən sonrakı reallıqları qəbul etmək istəmir"

Azərbaycan XİN-in sözçüsü: "Ermənistan müharibədən sonrakı reallıqları qəbul etmək istəmir" “Məsələlərin həlli üçün Ermənistanda siyasi iradə yoxdur”
Xarici siyasət
15 Sentyabr , 2022 16:23
Azərbaycan XİN-in sözçüsü: Ermənistan müharibədən sonrakı reallıqları qəbul etmək istəmir

“Ermənistan ölkələr arasında normallaşma prosesinə hazır deyil”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva “Haber Global”a açıqlamasında bildirib.

“Ermənistan 2020-ci ildəki müharibədən sonrakı reallıqları qəbul etmək istəmir. Ermənistan normallaşma prosesinin irəlilədiyi bir vaxtda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir və beləliklə də, gərginlik yaratmaqla diqqəti yayındırmağa çalışır. Nəticədə normallaşma prosesinə xələl gətirmiş olur”, - o söyləyib.

XİN sözçüsü qeyd edib ki, Ermənistan həmişə bu məsələnin coğrafiyasının genişləndirilməsinə çalışıb:

“Bunu biz 44 günlük müharibədə də müşahidə etmişik. Ancaq həmişə demişik ki, biz iki tərəf olaraq, Azərbaycan və Ermənistan olaraq masa arxasında əyləşib məsələni həll etməyə hazırıq və iradə olarsa, həll edə bilərik. Ancaq Ermənistanda belə bir siyasi iradə yoxdur”.

Son xəbərlər

Orphus sistemi