Azərbaycan XİN başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan XİN başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib.
Xarici siyasət
16 fevral 2025 16:04
Azərbaycan XİN başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.

Qeyd olunub ki, nazir Belqraddakı Taşmaydan parkında Ümummilli Liderin abidəsi önünə gül dəstəsi qoyub.

Nazir həmçinin Taşmaydan parkında görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini ziyarət edib.

Son xəbərlər

Orphus sistemi