​Azərbaycan XİN başçısı ukraynalı həmkarı ilə görüşüb

Xarici siyasət
  • 30 sentyabr, 2015
  • 04:36
​Azərbaycan XİN başçısı ukraynalı həmkarı ilə görüşüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ukraynalı həmkarı Pavel Klimkinlə görüşüb.

"Report" xəbər verir ki, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nazirlər Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi-ticari və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə iki dövlətin qlobal iqtisadi təşəbbüslərə qoşulması imkanlarından da danışılıb. Xəbərə görə, Azərbaycan və Ukrayna xarici siyasət idarələrinin rəhbərləri aktual beynəlxalq təhlükəsizlik məsələləri haqda da fikir mübadiləsi aparıblar.

Nazirlər beynəlxalq və regional təşkilatlarda, daha çox BMT və GUAM-da qarşılıqlı əməkdaşlıqdan danışıblar. 

Son xəbərlər

Bütün Xəbər Lenti