​Azərbaycan XİN başçısı sabah Slovakiyaya gedir

Xarici siyasət
  • 14 may, 2015
  • 13:07
​Azərbaycan XİN başçısı sabah Slovakiyaya gedir

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Bratislava şəhərində keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Slovakiyaya səfər edəcək.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.