Azərbaycan XİN başçısı: "Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq"

Azərbaycan XİN başçısı: "Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq" "Bu onu göstərir ki, onlar danışıqlara hazır deyil"
Xarici siyasət
1 Dekabr , 2016 13:18
Azərbaycan XİN başçısı: Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq

Bakı. 1 dekabr. REPORT.AZ/ "Ermənistandan səslənən bəyanatları izləyirik. Bu bəyanatlar sülh danışıqları prosesində mənfi rol oynayır".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN-in mətbuat katibinin son bəyanatını şərh edərkən brifinqdə deyib.

"Hansı istiqamətdə danışıqlar apardığımız heç kimə sirr deyil. İlk növbədə, Ermənistan tərəfi tədricən işğal etdikləri ərazilərdən mərhələli şəkildə qoşunlarını çıxarmalıdır", - nazir əlavə edib.

Dağlıq Qarabağın statusunun müəyyən edilməsi barədə danışan E.Məmmədyarov bildirib ki, ilk növbədə statusu müəyyənləşdirməyə çalışsalar, bu, danışıqları məhv edəcək: "Əvvəlcə Azərbaycan icması öz doğma yerlərinə qayıtmalıdırlar. Azərbaycan icmasının tarixi torpaqlarından qovub status müzakirə etmək olmaz".

O, həmçinin Azərbaycan tərəfinin dəfələrlə imitasiya üçün danışıqlar aparmaq niyyətində olmadığını bildiridiyini qeyd edib: "ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq. Bu onu göstərir ki, onlar danışıqlara hazır deyil".

Son xəbərlər

Orphus sistemi