Azərbaycan XİN ATƏT-in Bakıdakı ofisinin fəaliyyətinin dayandırılmasını tələb edib

Xarici siyasət
  • 05 iyun, 2015
  • 15:40
Azərbaycan XİN ATƏT-in Bakıdakı ofisinin fəaliyyətinin dayandırılmasını tələb edib

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan tərəfi ATƏT-in Vyanadakı katibliyinə nota göndərib. Bu barədə "Report"a ATƏT-in mətbuat xidmətindən məlumat veriblər.

Notada deyilir ki, iyunun 4-dən ATƏT-lə Azərbaycan arasında ATƏT-in Bakıda əlaqələndirici ofisinin yaradılması haqqında imzalanmış Anlaşma Memorandumu dayandırılır.

Notada ATƏT-ə texniki məsələləri həll etmək üçün bir ay vaxt verildiyi də qeyd olunub.

ATƏT-in mətbuat xidmətindən hazırda notaya baxıldığı bildirilib. 

44 filmi