Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası təsis olunub

Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası təsis olunub Assosiasiyanın sədri vəzifəsinə Vyetnam Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti Nqyem Vu Xay seçilib
Xarici siyasət
12 Oktyabr , 2015 11:14
Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası təsis olunub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Hanoyda Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası təsis olunub. Həmin assosiasiya Təşkilatlar arasında Vyetnam Dostluq Birliyinin (VUFO)110-cü üzvü olub. Bu barədə "Report" Vyetnam KİV-inə istinadən xəbər verir. 

Assosiasiyanın sədri vəzifəsinə Vyetnam Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti Nqyem Vu Xay seçilib. O, yaxın 5 il ərzində təşkilata rəhbərlik edəcək.

Assosiasiyanın yaradılması şərəfinə keçirilən tədbirdə VUFO prezidenti Vu Suan Honq bildirib ki, burada əsas məqsəd Azərbaycan müəssisələri, tədris və tədqiqat ocaqları ilə əməkdaşlığın genişləndirilməsidir. Assosiasiyanın yaradılması, həmçinin iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil, incəsənət, səhiyyə, ətraf mühit və turizm sahələrində də əlaqlərin möhkəmləndirilməsinə xidmət edəcək. 

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov əminliklə vurğulayıb ki, Asossiasiyanın təsis edilməsi ölkələr arasında ikitərəfli əlaqələrin güclənməsinə kömək edəcək. 

Son xəbərlər

Orphus sistemi