Azərbaycan və Sverdlovsk vilayəti parlamentlərarası əməkdaşlığın inkişafı barədə razılığa gəlib

Azərbaycan və Sverdlovsk vilayəti parlamentlərarası əməkdaşlığın inkişafı barədə razılığa gəlib Sverdlovsk vilayətində yaşayan azərbaycanlılar miqrant deyillər, onlar bizim insanlarımızdır və heç kim onlara miqrant kimi yanaşmır.
Xarici siyasət
24 Dekabr , 2024 20:21
Azərbaycan və Sverdlovsk vilayəti parlamentlərarası əməkdaşlığın inkişafı barədə razılığa gəlib

Sverdlovsk vilayətində yaşayan azərbaycanlılar miqrant deyillər, onlar bizim insanlarımızdır və heç kim onlara miqrant kimi yanaşmır.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin Sədri Lyudmila Babuşkina Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşdə bildirib.

Səfir Urala ilk dəfə səfər etdiyini deyib: "Sverdlovsk vilayəti Rusiyanın ən böyük sənaye regionudur. 2019-cu ildən Azərbaycan və Sverdlovsk vilayəti arasında hökumətlərarası saziş qüvvədədir. Biz bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Ural Rusiya Federasiyasının ən böyük elm mərkəzidir. Burada aparıcı universitetlər var və biz bu istiqamətdə əməkdaşlığı inkişaf etdirməyə maraq göstəririk".

Görüşdə tərəflər tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsini müzakirə ediblər.

"Bizi bir çox sahələrdə çoxillik möhkəm dostluq əlaqələri bağlayır. Bu, həm ticarət, həm təhsil, həm də mədəniyyət sahələridir. Turizm sahəsi kifayət qədər yaxşı inkişaf edir, Sverdlovsk vilayətinin sakinləri Azərbaycana məmnuniyyətlə səfər edirlər. Lakin əminəm ki, əməkdaşlığımızın böyük potensialı var", - L.Babuşkina qeyd edib.

Qanunvericilik Məclisinin sədri regionda qüvvədə olan və Sverdlovsk müəssisələrinin beynəlxalq tərəfdaş kimi sabitliyinə təminat verə biləcək mühüm qanunlar barədə məlumat verib: "Xüsusilə fermerlərə dövlət dəstəyinin hər il artırılmasını təmin edən ərzaq təhlükəsizliyi haqqında qanun qüvvədədir; investisiya layihələrinin və azad iqtisadi zonanın iştirakçıları üçün vergi dərəcələri azaldılıb".

Görüşdə Azərbaycan və Sverdlovsk vilayəti arasında parlamentlərarası əməkdaşlığın inkişafı barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi