Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub - ƏLAVƏ OLUNUB

Xarici siyasət
  • 27 iyun, 2017
  • 08:44
Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub - ƏLAVƏ OLUNUB
President.az

Bakı. 27 iyun. REPORT.AZ/ Görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Prezident İlham Əliyev və Prezident Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim ediblər.


Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.