Azərbaycan və Pakistan arasında hərbi əlaqələr müzakirə olunub

Azərbaycan və Pakistan arasında hərbi əlaqələr müzakirə olunub Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşüb.
Xarici siyasət
13 sentyabr 2023 21:38
Azərbaycan və Pakistan arasında hərbi əlaqələr müzakirə olunub

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə diplomat “X”-də paylaşım edib.

“Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşməkdən şadam. Biz Azərbaycan və Pakistan arasında münasibətlərin hazırkı səviyyəsini və ikitərəfli əlaqələrimizin, xüsusən də hərbi və hərbi-texniki sahədə daha da möhkəmləndirilməsi yolları barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi