Azərbaycanın Xarici İşlər naziri
XİN-dən "Report"a verilən məlumata görə, E.Məmmədyarov məktubunda ötən 25 il ərzində dostluq və əməkdaşlıq əsasında qurulan münasibətlərin Azərbaycan ilə Kolumbiya arasında gələcək davamlı inkişafın əsasını təşkil etdiyini bildirib.
Daha sonra nazir Ermənistan-Azərbaycan
Sonda E.Məmmədyarov Azərbaycanın Klolumbiya ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunub. Ortaq dəyərlər və qarşılıqlı maraq əsasında, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və Sakit Okean İttifaqında fəaliyyəti çərçivəsində mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı naminə birgə səylərin əsirgənməyəcəyindən əmin olduğunu qeyd edib.
K.Blum E.Məmmədyarova ünvanladığı məktubda dekabrın 13-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırıb.
Məktubda Azərbaycan-Kolumbiya arasında siyasi məsləhətləşmələrə toxunulub və Kolumbiyanın Azərbaycana birinci səfirinin təyin edilməsi ilə bağlı qərarı xüsusi qeyd olunub.
Bununla yanaşı, Azərbaycan və Kolumbiyanın beynəlxalq xarakterli vacib məsələlərdə eyni mövqedən çıxış etməsi, təhlükəsizlik, sabitlik və firavanlıq naminə birgə mübarizəsi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı vurğulanıb.
Daha sonra K.Blum məktubunda əməkdaşlıq, iqtisadi əlaqələrin dərinləşdirilməsi və xalqlarımız arasında dostluq münasibərlərinin daha da möhkəmləndirilməsi naminə birgə gələcək səylərin göstərilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan ilə Kolumbiya arasında diplomatik əlaqələr 13 dekabr 1994-cü ildə qurulub.