Yuxarı
    Bağlamaq

    Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub

    Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib

    Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 8-də Varşavada Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qani ilə görüşüb.

    "Report" xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

    Azərbaycan ilə Əfqanıstan arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi