Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti dəfə humanitar yardım göndərib

Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti dəfə humanitar yardım göndərib Bu gün Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.
Xarici siyasət
15 Aprel , 2022 10:13
Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti dəfə humanitar yardım göndərib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşanan böhran nəticəsində Moldovaya yola salınan humanitar yardımla bağlı məlumat yayıb.

XİN-dən "Report"a bildirilib ki, Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bugün Moldovaya yola salınıb.

Məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Moldova və Ukraynanın ölkəmizdəki diplomatik nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat olan (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.

09:45

Bu gün Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.

“Report” xəbər verir ki, ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında Azərbaycanın da uzun illər müharibə fəsadlarından əziyyət çəkdiyini xatırladıb.

“Bu səbəbdən, ölkədən asılı olmayaraq, Azərbaycan hərbi əməliyyatlardan əziyyət çəkmiş şəxsləri dəstəkləyir və ehtiyac olarsa, bundan sonra da humanitar yardım göndərməyə davam edəcək”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi