Azərbaycan-Türkiyə birgə Araşdırma və İnkişaf Mərkəzi yaradılacaq

Azərbaycan-Türkiyə birgə Araşdırma və İnkişaf Mərkəzi yaradılacaq Azərbaycan-Türkiyə birgə Araşdırma və İnkişaf Mərkəzi yaradılacaq.
Xarici siyasət
22 Dekabr , 2021 17:37
Azərbaycan-Türkiyə birgə Araşdırma və İnkişaf Mərkəzi yaradılacaq

Azərbaycan-Türkiyə birgə Araşdırma və İnkişaf Mərkəzi yaradılacaq.

Bu barədə "Report"a Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyədə səfərdə olan Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Baykar” şirkətinin rəhbəri və "Türkiyə Texnoloji Takımı Fondu"nun (T3) həmtəsisçisi Haluk Bayraktar, həmçinin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüş keçirilib. Görüşdə Azərbaycanda innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi və innovativ həllərin hazırlanması istiqamətində müzakirələr aparılıb, birgə Texnoparkın, eyni zamanda Araşdırma və İnkişaf Mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda "Texnopark İstanbul"un baş direktoru Bilal Topçu ilə də görüş keçirilib və gələcək əməkdaşlıqlar barədə müzakirələr aparılıb. 400-dən çox şirkətin cəmləşdiyi və 2500-dən çox layihənin reallaşdırıldığı “Texnopark İstanbul” Türkiyədə texnoloji transfer mərkəzi kimi 260 brendin formalaşmasına dəstək olub.

Türkiyədə milli texnoloji inkişafa töfhə verməyi qarşısına əsas məqsəd qoyan “Bilişim vadisi” texnoloji inkişaf mərkəzi də səfər çərçivəsində ziyarət edilib. Özündə texnoloji transfer mərkəzini, prototip və test mərkəzini, inkubasiya mərkəzi və rəqəmsal animasiyanı, həmçinin oyun mərkəzini, ümumilikdə 200-dən çox layihəni birləşdirən və 210-dan çox şirkətin cəmləşdiyi “Bilişim vadisi” ilə perspektiv ortaq layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Vətən müharibəsində qazanılan qələbədə pay sahibi olan Haluk və Selçuk Bayraktara “ABAD”çı tərəfindən hər bir rayonun öz torpağı ilə hazırlanan Azərbaycanın xəritəsi və “YAŞAT” Fondunun Vətən müharibəsi şəhidləri haqqında məlumatların əks olunduğu təqvim təqdim edilib.

Son xəbərlər

Orphus sistemi