Azərbaycan səfirliyində rusiyalı alimə diplom təqdim olunub

Azərbaycan səfirliyində rusiyalı alimə diplom təqdim olunub Azərbaycanın Rusiyadakı səfirliyində bu ölkənin görkəmli oftalmoloq alimi, Rusiya Elmlər Akademiyasının üzvü Alevtina Brovkina təltif olunub.
Xarici siyasət
8 Sentyabr , 2020 17:38
Azərbaycan səfirliyində rusiyalı alimə diplom təqdim olunub
Alevtina Brovkina və Polad Bülbüloğlu 

Azərbaycanın Rusiyadakı səfirliyində bu ölkənin görkəmli oftalmoloq alimi, Rusiya Elmlər Akademiyasının üzvü Alevtina Brovkina təltif olunub.

“Report”un Rusiya bürosu xəbər verir ki, iki ölkə arasında elmi əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görüldüyü “Azərbaycan Respublikası Prezidentinin fərxri diplomu” rusiyalı alimə səfir Polad Bülbüloğlu tərəfindən təqdim olunub.

Səfirin oxuduğu təbriknamədə dünya şöhrətli alim olan A.Brovkinanın göz xəstəliklərinin bir sıra qabaqcıl müalicə üsullarını kəşf etdiyi, həmçinin oftalmologiya sahəsində Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd olunur: “Sizin iştirakınızla Azərbaycanda təşkil edilmiş oftalmologiya xidməti indiyədək əhaliyə yüksək ixtisaslı xidmətlər göstərir”.

Həmçinin bu il 90 yaşı tamam olan alimə səfirlik adından ümummilli lider Heydər Əliyev və Bakı haqqında kitablar, xalis Şəki ipəyindən örpək bağışlanıb.

Son xəbərlər

Orphus sistemi