Azərbaycanın Ukraynadakı səfiri Ermənistanla sərhəddəki gərginliyi müzakirə edib

Azərbaycanın Ukraynadakı səfiri Ermənistanla sərhəddəki gərginliyi müzakirə edib Diplomatlar həmçinin siyasi qarşılıqlı əlaqəni dərinləşdirmək və ticari-iqtisadi sahədə layihələr həyata keçirmək üçün əməli addımları müzakirə ediblər
Xarici siyasət
28 İyul , 2020 10:34
Azərbaycanın Ukraynadakı səfiri Ermənistanla sərhəddəki gərginliyi müzakirə edib
0 : 00
0 : 00

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar ilə Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı və təhlükəsizlik siyasətinin inkişafı ilə bağlı genişspektrli məsələləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində son günlərdə yaşanan gərginliyi müzakirə edib.

“Report” Ukrayna Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini səfirə Ukraynadakı Azərbaycan icmasına təmkinli və tarazlı olmaqla bağlı müraciətinə görə təşəkkür edib. V.Bodnar əlavə edib ki, bu gün Ukraynada millətlərarası barışığı qorumaq üçün hər cür səy göstərmək vacibdir.

Tərəflər hər iki ölkənin təhlükəsizliyinə təhdid yaradan dezinformasiya kampaniyalarına qarşı mübarizə barədə ortaq fikir səsləndiriblər.

Diplomatlar həmçinin siyasi qarşılıqlı əlaqəni dərinləşdirmək və ticari-iqtisadi sahədə layihələr həyata keçirmək üçün əməli addımları müzakirə ediblər. Görüş zamanı Azərbaycan Respublikasının sədrlik etdiyi GUAM çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə fikir mübadiləsi də aparılıb.

Son xəbərlər

Orphus sistemi