Azərbaycan səfiri Surinam Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycan səfiri Surinam Milli Assambleyasının sədri ilə görüşüb Elxan Poluxov Surinam Milli Assambleyasının xatirə kitabını imzalayıb
Xarici siyasət
28 Avqust , 2017 16:16
Azərbaycan səfiri Surinam Milli Assambleyasının sədri ilə görüşüb

Bakı. 28 avqust. REPORT.AZ/ İqamətgahı Brazilia şəhərində yerləşən Azərbaycanın Surinamdakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bu ölkənin Milli Assambleyasının sədri Cennifer Qirlings-Simonsla (Jennifer Geerlings-Simons) görüş keçirib.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə ikitərəfli parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. 

Tərəflər iki ölkə arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd ediblər.

E.Poluxov Surinam Milli Assambleyasının xatirə kitabını imzalayıb.

Son xəbərlər

Orphus sistemi