Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2022-ci il üçün iş planı təsdiqlənib
Xarici siyasət
- 02 noyabr, 2021
- 14:21
Oktyabrın 27-28-də Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib.
XİN-dən "Report"a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.
Tərəflər Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.
Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.
Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Son xəbərlər
23:16
Salah Premyer Liqada Runinin rekordunu keçib
Futbol22:57
Qazaxda yol qəzasında ikisi əcnəbi olmaqla üç nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə22:37
Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub
Digər ölkələr22:32
Video
Fransa "Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi olub
Şou-biznes22:29
Pentaqon Palmirada üç amerikalının öldürülməsi barədə məlumat verib - YENİLƏNİB
Digər ölkələr22:19
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Fərdi22:05
Rusiya Qara dənizdə Türkiyənin mülki gəmisinə hücum edib
Digər ölkələr21:41
Foto
Azərbaycan Ankarada 3-cü Dünya Mədəniyyətləri Festivalında təmsil olunub
Mədəniyyət siyasəti21:28