Azərbaycan Prezidenti Perunun dövlət başçısına təbrik məktubu göndərib

Xarici siyasət
  • 27 iyul, 2015
  • 13:43
Azərbaycan Prezidenti Perunun dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Umala Tassoya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və rifah diləyirəm".