Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti iranlı həmkarına başsağlığı verib

    Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi

    Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

    "Report"un xəbərinə görə, başsağlığı mətnində deyilir:

    "Hörmətli cənab Prezident,

    Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi