Azərbaycan Prezidenti iki ölkənin səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti iki ölkənin səfirinin etimadnaməsini qəbul edib Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb
Xarici siyasət
27 Oktyabr , 2017 15:10
Azərbaycan Prezidenti iki ölkənin səfirinin etimadnaməsini qəbul edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib.

Son xəbərlər

Orphus sistemi