Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri başlayıb

Xarici siyasət
  • 18 dekabr, 2015
  • 13:28
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri başlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasının Bern şəhərinə səfəri başlayıb.  

Bu barədə "Report"a Azərbaycan Prezidentinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün dekabrın 18-də İsveçrə Konfederasiyasının Bern şəhərinə gəlib.