Yuxarı

Azərbaycan Prezidenti Çinin paytaxtına gəlib

Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar

Bakı. 9 dekabr. REPORT.AZ/ Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Sian şəhərindən paytaxt Pekinə gəlib.

"Report" xəbər verir ki, Azərbaycanın və Çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi