Azərbaycan-Portuqaliya iqtisadi əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycan-Portuqaliya iqtisadi əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıbAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Joao Qomis Kravinyo ilə görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıqla bağlı fikir mübadiləsi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Joao Qomis Kravinyo ilə görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli və çoxtərəfli platformalarda yeni əməkdaşlıq perspektivləri, regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı tərəflər Azərbaycan-Portuqaliya münasibətlərinə böyük önəm verdiklərini vurğulayıblar. Bu xüsusda, siyasi dialoqun, o cümlədən qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.
Azərbaycan-Portuqaliya iqtisadi əməkdaşlığının yeni sahəsi kimi enerji keçidi və bərpa olunan enerji sahələri, nəqliyyat-kommunikasiya, turizm və s. istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. C.Bayramov Portuqaliya şirkətlərini Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak etməyə dəvət edib.
Nazir görüşdə həmkarını post-münaqişə dövründə hərbi-siyasi təxribatları, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı qüvvələrinin törətdiyi təhdidlər, Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirlərini şərtləndirən səbəblər, tədbirlərdən sonra bölgədəki cari vəziyyət barədə ətraflı məlumatlandırıb.
Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacibliyi vurğulanıb.
Bu gün Azərbaycanın tam suverenliyinin bərpa etməsindən sonra sülh sazişinin imzalanması üçün real şansların olduğunu bildirən C.Bayramov Ermənistanın bu tarixi imkanların müsbət dəyərləndiriləcəyinə ümidvarlığını ifadə edib.
Görüşdə daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Within the framework of my working visit to #NorthMacedonia met with FM #Portugal@JoaoCravinho. Discussed the possibility of expanding bilateral and multilateral cooperation. Informed about post-conflict situation and efforts to establish peace and stability in the region. pic.twitter.com/0CpBCau2vt