Azərbaycan lideri: "Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır"

Azərbaycan lideri: "Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır" "Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır".
Xarici siyasət
22 May , 2023 12:52
Azərbaycan lideri: Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır

"Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır".

“Report”un Vilnüsə ezam olunan müxbirinin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.

"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək", - dövlət başçısı qeyd edib.

Bəyanatında Azərbaycan torpaqlarının uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu bir daha xatırladan dövlətimizin başçısı qeyd edib: "Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir".

Son xəbərlər

Orphus sistemi