Azərbaycan – Latviya hökumətlərarası birgə komisiyasının həmsədrləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə nəqliyyat naziri Talis Linkaits video formatında ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.
“Report” Latviyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, iki nazir həm də bu ilin payızında Riqada nəzərdə tutulan ikitərəfli hökumətlərarası komisiyanın iclasının gündəliyi, həmçinin COVID-19 pandemiyasından sonrakı dövrdəki əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, söhbət zamanı yük və sərnişin daşımalarının artırılması, İT, yaşıl texnologiyalar, ekologiya, təhsil və mədəniyyət sahələrdəki əməkdaşlıq məsələləri müzakirə olunub.
Hər iki ölkənin sahibkarları arasında işgüzar əlaqələri artırmaq barədə razılığa gəlinib.