Yuxarı
    Bağlamaq

    Azərbaycan, İran və Türkiyə XİN başçılarının görüşü ilin ikinci yarısında keçiriləcək

    Səfir: Bu görüş İranda keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq

    Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü 2017-ci ilin ikinci yarısında keçirilə bilər.

    "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında jurnalistlərə deyib.

    "Hələlik görüşün tarixi və yeri məlum deyil. Güman ki, bu görüş İranda keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq. Görüşdə həmçinin üç ölkənin prezidentlərinin gözlənilən görüşün tarixinin və gündəliyinin müzakirə ediləcəyi gözlənilir" - səfir bildirib.

    Qeyd edək ki, İranda prezident seçkiləri bu il mayın 19-da keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi