Beynəlxalq cəmiyyətin koronavirusla mübarizə üzrə səylərinin birləşdirilməsi məsələsi BMT Baş Assambleyasının xüsusi sessiyasında müzakirə olunmalıdır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti
“Əlbəttə ki, ümumi bəla birləşdirir. Buna görə də sammitin (Qoşulmama Hərəkatı – red.) əsas məqsədi təşkilat daxilində həmrəylik göstərmək, eləcə də aparıcı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq göstərmək idi. Təşəbbüsümlə dövlət və hökumət başçılarının səviyyəsində BMT Baş Assambleyasının koronavirusa həsr olunmuş xüsusi sessiyasının keçirilməsini təklif etdik”, - Prezident deyib.
İlham Əliyev əlavə edib ki, Azərbaycan qlobal miqyasda pandemiya ilə mübarizə üçün başqa səylər də göstərib: “Hərəkatın ən həssas ölkələrinə təcili yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları ayırdıq. Bu, ikinci donor ianəmiz idi. Daha əvvəl, martda qlobal pandemiya ilə mübarizə üçün ÜST-yə 5 milyon ABŞ dolları ayırdıq”.