Azərbaycan Avropa Konvensiyasının 16 saylı Protokolunu imzalayıb

Azərbaycan Avropa Konvensiyasının 16 saylı Protokolunu imzalayıb Azərbaycan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.
Xarici siyasət
675
18 Noyabr , 2021 18:28
 Azərbaycan Avropa Konvensiyasının 16 saylı Protokolunu imzalayıb

Azərbaycan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.

"Report"un Fransa bürosu xəbər verir ki, mərasim Strasburqda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə baş tutub.

Sənədi Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov imzalayıb.

Mərasimindən sonra Fəxrəddin İsmayılov Avropa Şurasının Baş katibi ilə görüşüb. Görüşdə 16 saylı Protokolun imzalanması Azərbaycanın Konvensiya sisteminə sadiqliyinin göstəricisi olan vacib hadisə kimi qiymətləndirilib və bu sənədin yaradacağı məsləhət almaq imkanının ölkəmizdə insan hüquqlarının müdafiəsinə əlavə töhfə verəcəyi qeyd olunub. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sənəd Milli Məclis tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Protokol Azərbaycanın ən yuxarı instansiya məhkəmələrinə Konvensiyada və onun protokollarında müəyyən olunan hüquqların və azadlıqların şərhi və ya tətbiqi ilə bağlı prinsip xarakterli məsələlərlə əlaqadar məsləhət rəylərinin verilməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək imkanı təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi